Cahangir Hacıyev işi” ilə həbs edilən iş adamlarının bir qrupu DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində, digər qrupu isə Kürdəxanı Təcridxanasında saxlanılır.
Bu haqda məlumatı “Azadlıq” qəzeti yayıb. Qəzetin yaydığı məlumatda bildirilir ki, hüquq-mühafizə orqanları açıqlamasa da, xeyli iş adamı barəsində həbs-qətimkan tədbiri seçilib. Məlumatlarda həmçinin bildirilir ki, bu işə görə bəzi oliqarxların ölkədən çıxışına qadağa qoyulub.
Modern.az saytı isə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb ki, “qaytarılmayan kreditlər məsələsi”ndə bəzi nazirlər və komitə sədrlərinin də adı keçir. Artıq bir neçə nazir və komitə sədrinin istintaqa çağırıldığı, hətta onlardan ifadəsi alınanların olduğu da vurğulanır.
Sirr deyil ki, hazırda nazirlik və komitələrə rəhbərlik edən məmurlar dolayı yollarla müxtəlif iri şirkətlərin sahibidirlər. Bu, bir neçə gün öncə Dövlət Bayrağı Meydanı Kompleksi Idarəsinin rəisi vəzifəsindən çıxarılan Rəşad Məmmədovun timsalında bir daha təsdiqləndi. Məlum oldu ki, o, dövlət qurumuna rəhbərlik etməklə yanaşı, “AzImport” şirkətinin də sahibiymiş.
Bu baxımdan bəzi nazir və komitə sədrlərinin Beynəlxalq Banka qaytarılmayan kreditlər məsələsinə görə istintaqa cəlb olunması təsüdüfi deyil.
Qafqazinfo
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?