BMT-nin baş katibindən müharibə edən tərəflərə ÇAĞIRIŞ

BMT-nin baş katibindən müharibə edən tərəflərə ÇAĞIRIŞ
"Mən qətllərin, dağıntıların dayandırılması və davamlı sülhün təmin olunmasına çağırıram”.
Vətəninfo.az məlumat verir ki, APA-nın BMT-nin saytına istinadən verdiyi xəbərə görə, bu barədə BMT Baş katibi Pan Gi Mun hər il sentyabrın 21-də qeyd olunan Beynəlxalq Sülh Günü ilə bağlı müraciətində bildirib. BMT Baş katibi bütün müharibə edən tərəfləri bir günlük atəşkəsə əməl etməyə çağırıb.  
Onun sözlərinə görə, bu il Beynəlxalq Sülh Günü zorakılıq və qeyri-stabillik yaradan münaqişələrin baş verdiyi dövrə təsadüf edir.  
"Məyus olmaq əvəzinə, üzərimizə məsuliyyət götürməli və dünyada hazırda hökmranlıq edən qəddarlıq və cəzasızlığa son qoyulmasını tələb etməliyik” – deyə o, bildirib.  
Pan Gi Mun gələcək nəsilləri müharibənin gətirdiyi fəlakətlərdən qorumağa çağırmaqla yanaşı, bu məsələdə gənclərin də mühüm rolunu vurğulayıb.  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az