Oktyabrın 6-da Qətərin paytaxtı Dohada boks üzrə dünya çempionatına start veriləcək.
Vətəninfo.az xəbər verir ki, Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 73 ölkənin 260 idmançısı gücünü sınayacaq.
Əvvəlki çempionatlardan fərqli, bu dəfə mundialda dünyanın ən güclüləri mübarizə aparacaq. Avropa Oyunlarında 1-3-cü, Bolqarıstanda keçirilən qitə çempionatında isə 1-6-cı yeri tutanlar Qətərdə təşkil olunacaq yarışa vəsiqə qazanıblar.
"Əli Bin Həməd Əl Attiyah" arenada keçiriləcək dünya çempionatı Rio De Janeyro Olimpiadasına lisenziya xarakterlidi. Mundialda iştirak edəcək 260 boksçudan 94-ü Avropanı, 66-sı Asiyanı, 51-i Şimali və Cənubi Amerikanı, 32-si Afrikanı, 17-si isə Okeaniya qitəsini təmsil edir.
Dünya çempionatından 23 boksçu Olimpiadaya lisenziya qazanacaq. Hazırkı dünya çempionlarından Lazaro Alvares (Kuba, 60 kq), Daniyar Yeleusinov (Qazaxıstan, 60 kq), Janibek Alimxanulı (Qazaxıstan, 75 kq), Xulio Sezar la Kruz (Kuba, 81 kq) və Məhəmmədrəsul Məcidov (Azərbaycan, +91 kq) titullarını qorumağa çalışacaqlar. Məcidov qalib gəlsə, 3 qat dünya çempionu tituluna yiyələnəcək.
49, 52 və 81 kq çəki dərəcələrində 1-2-ci, 56, 60, 64, 69, 75 kq çəki dərəcələrində 1-3-cü, 91 və +91 kq çəki dərəcələrində isə yalnız qaliblər Olimpiadaya vəsiqə qazanacaqlar.
Azərbaycan dünya çempionatında 9 boksçu ilə təmsil olunacaq. Yalnız zədəli Xaybula Musalov (75 kq) Qətərə gedə bilməyəcək.
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO
Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti
Xətai rayon Məhkəməsinin hakimi Əminə Abbasovanın ədalətsiz qərarı QOHUMLUQ ƏLAQƏLƏRİNİN hüquq üzərindəki "qələbəsidiir"-ŞİKAYƏTÇİ
“Həcərin, Nigarın, Əslinin bu xalqa heç bir dəxli yoxdur, üçü də…” – Cəlaloğludan şok
Kəmalə Ağazadədən İqbal Ağazadəyə cavab
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ