Bolqarıstan Trans-Xəzər Qaz Kəməri layihəsinə qoşulmaq istəyir

Bolqarıstan Trans-Xəzər Qaz Kəməri layihəsinə qoşulmaq istəyir
Trans-Xəzər Qaz Kəməri Avropaya enerjidaşıyıcıları idxalının diversifikasiyası baxımından böyük əhəmiyyətə malikdir.
Vətəninfo.az "Report"a istinadla xəbər verir ki, bunu Bolqarıstanın baş naziri Boyko Borisov Aşqabadda Türkmənistan prezidenti Qurbanqulu Berdımühəmmədovla görüşü zamanı deyib.

Baş nazir həmçinin bu kəmərin işə düşməsindən sonra Bolqarıstanın Türkmənistandan Türkiyə və Yunanıstan vasitəsi ilə intermodal formada (alternativ nəqletmə vasitələri ilə) qaz əldə edəcəyini deyib.

B.Borisov bolqar şirkətlərinin Türkmənistanda kəşfiyyat, neft-qaz hasilatı, həmçinin elektrik enerjisi və neft-qaz infrastrukturuna texniki təchizat xidmətlərinin göstərilməsində maraqlı olduqlarını açıqlayıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az