Vətəninfo.az ANS PRESS-ə istinadən xəbər verir ki, Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlbetmə şöbəsi müdir müavini Vüqar İbrahimlinin məlumatına görə, paytaxtda xidmət göstərən iritutumlu avtobuslar yığışdırılır.
Onun sözlərinə görə, 3 qapılı “Daewoo” markalı avtobular yavaş-yavaş paytaxtdan yığışdırılacaq. Onların əvəzinə 2 qapılı orta və iritutumlu avtobuslar gətiriləcək.
Qurum rəisi bildirib ki, avtobuslar texniki qüsurlarıa görə xidmətdən yığışdırılacaq: “3 qapılı “Daewoo”ların tarazlıq yastığı tez sıradan çıxır. Bu səbəbdən də, həmişə həmin avtobuslarının yan böyrü üstə əyildiyini görürdük. Onların qəzaya düşməsi ehtimalı çox olduğu üçün xəttdən yığışdırılacaq”, - deyə Vüqar İbrahimli bildirib.
Qeyd edək ki, əvvəllər 14 ədəd 3 qapılı “Daewoo” markalı avtobusun yerinə 28 ədəd 2 qapılı “Daewoo” markalı avtobus qoyulub. Həmin avtobusun qrafiki 5 dəqiqə idisə, indi onların qrafiki 2 dəqiqəyə salınıb. Bundan başqa, 14 saylı avtobus bağlanıb. Onun əvəzinə 24 saylı avtobus işləyəcək. Bağlanan avtobuslar içrisində 86 saylı marşurut xətti də var. Onun əvəzinə isə 29 işləyəcək. Bağlanan 90 saylı marşrut xəttinin əvəzinə isə 91 işləyəcək. Bundan başqa, 2, 53 saylı avtobuslar da bağlanıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?