Bu dəfə isə şikayət "Optimal Elektronika” MMC şirkətinin servis xidməti ilə bağlıdır.

Bu dəfə isə şikayət
"Optimal"dan müştərilərə sayğısızlıq, yoxsa aldatma?...
Azərbaycanda elektronika və məişət avadanlıqları satan mağazalar şəbəkəsi "Optimal Elektronika” MMC-nin müştəriləri tez-tez incitməsi barədə məlumatlar yayılır.

Sosial şəbəkədə mağazalar şəbəkəsi ilə bağlı dəfələrlə iradlara rast gəlinib. 


"Arqument.az"a danışan şikayətçi deyir ki, iyulun 30-da mağazalar şəbəkəsinin Hövsan qəsəbəsində yerləşən ofisindən götürdüyü avadanlığın - kondisionerin quraşdırılması ilə bağlı avqust ayında şirkətin "Çağrı mərkəzi"nə müraciət etsə də, mənzilə yaxınlaşan olmayıb. Daha sonra sentyabrın 15-də müştəri təkrar xidmətə müraciət edib. 

Şirkətdən bildirilib ki, "Optimal Elektronika”nın servis xidmətinin "vatsap" nömrəsinə yazın. 

Sentyabrın 17-də xidmətin "vatsap" nömrəsinə müraciət edib, amma ondan "Zəmanət talonu"nu  "vatsap"a göndərməyi tələb ediblər. Yalnız bundan sonra xidmət mənzilə yaxınlaşa biləcəyini deyib. 

Müştəri sentyabrın 17-də "Zəmanət talonu"nu təqdim etsə də, şəbəkədən heç bir cavab gəlməyib. 

Oktyabrın 8-də müştəri "Optimal Elektronika”ya təkrar müraciət etsə də, ümumiyyətlə, cavab verilməyib. 

Müştəri yaxın günlərdə şəbəkəni məhkəməyə verəcəyini deyir.

"Optimal Elektronika” isə müştərinin iddiası ilə bağlı suallara hələ də cavab verməyib. 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az