“Bu gün Azərbaycan ziyalısının mövqeyinə məhəl qoyan varmı?”

“Bu gün Azərbaycan ziyalısının mövqeyinə məhəl qoyan varmı?”

“Şuşanın işğalının 20 illiyini qeyd edirik dedikdə, özümü alçalmış və şərəfini itirmiş kimi hiss edirəm”.

Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Müəllim sözü” qəzetinin baş redaktoru yazıçı-publisist Vahid Aslanın “Vətəninfo.az”a müsahibəsi:

- Vahid bəy, bir yazar olaraq bu günlərdə 20 illiyini qeyd etdiyimiz Şuşanın və ümumilikdə Qarabağın işğal olunmasını nə ilə bağlayırsınız?

- Əvvəla Şuşanın işğalının 20 illiyini qeyd edirik dedikdə, özümü alçalmış və şərəfini itirmiş kimi hiss edirəm. Kim nə deyir desin, bizə -azərbaycan türklərinə bundan artıq ad verməyə dilim gəlmir. Düzdür bir çoxları məğlubiyyətimizin və susqunluğumuzun əsas səbəbini rus-erməni- fars birliyinin gücündə görürlər. Bu gün yalnız belə düşünmək öz səhvlərimizi və günahlarımızı sığorta etməkdən özgə bir şey deyildir. Nə isə,.. sizin sualınıza ardıcıllıqla cavab verməyə çalışsam, aşağıdakı qənaətə gələrdim: - bu faciənin bünövrəsi hələ XİX əsrin əvvələrində qoyulmuşdu ki, buradada humanistlik və yalançı beynəlmiləlçilik taftalogiyasına aldanaraq, erməni adlı pozğun və riyakar təfəkkürə malik olan vəhşiləri gözəllik içərisində uyuyan torpaqlarımıza buraxdıq. Necə deyərlər ceyranı çaqqalın qanlı iştahasına yem etdik və uzun illər heç bunun fərqinə də varmadıq. Beləcə bizim sadəlövhlüyümüzdən və fövqəl hum anizmimizdən məharətlə yararlanan ermənilər arxalarını öz havadarlarına dayayaraq, humanizmimizin müqabilində zaman-zaman torpaqlarımızın bu gün deyildiyi kimi 20 faizini deyil, böyük bir hissəsini işgal etdi. Hadisələrin kulminasiya nöqtəsi isə 1988-1994-cü il hadisələri oldu ki, bu da Qarabağ torpaqlarının o cümlədən Şuşanın işğalı ilə nəticələndi.Əlbətdə həmin dövrdə rusların və farsların ermənilərin tərəfində bizə qarşı vuruşaraq, torpaqlarımızı işgal etmələri faktı ilə mən də razılaşıram. Amma eyni zamanda hakimiyyət davası, biri-birimizə quyu qazmaq mərəzi, mənəvi dəyərlərimizə üstün gələn nəfsimiz, millətini və xalqını sevənlərə vedrə bağlamaq xəstəliyimiz torpaqlarımızın işğalına gətirən səbəblərdən idi... 

- Ümumiyyətlə, bu günkü yazarların milli məsələlərdə mövqeyi Sizi qane edirmi?

- Bilirsiniz, daşıdığı vəzifədən və mənsub olduğu təbəqədən asılı olmayaraq, ilk öncə hər bir kəs təmsil etdiyi ölkəsinin vətəndaşıdır. Vətəndaş olaraq isə hər bir kəs milli məsələ də həmrəy olmalıdır. Yazar da ölkəsinin vətəndaşıdır və təbii ki, yuxarıda qeyd etdiyimiz məsələdə onun üzərinə daha çox yük düşür. Bir məsələni də qeyd edim ki, millətçi olmaqla beynəlmiləlçi olmaq bir çərçivəyə sığmır. Türk millətinə canıyla qanıyla bağlı olan yazar, istər çıxışlarında istərsə də əsərlərində heç bir vəchlə dilə gətirə bilməz ki, biz haçansa qayıdıb ermənilərlə dost ola bilərik. Əgər bu gün aramızda belə birisi vardırsa mən onu Türk hesab etmirəm. Ancaq təəssüf hissiylə qeyd etməliyəm ki, yazarlarımızın milli məsələdə tutduqları mövqe məni qane etmir. Elə yazılan əsərlər də o gücdə deyil ki, bir məqsəd, bir amal uğrunda əhalini səfərbər edə bilsin. Eləcə də AYB-nin bu istiqamətdə apardığı iş də qədərincə deyil və sönük görünür.  

- Nə üçün ziyalılarımız ümummilli məsələlərdə zəif mövqe ortaya qoyurlar?

- Əgər icazə versəydiniz sualınıza belə bir redaktə edərdim: - azərbaycan ziyalısının bu günkü durumu necədir və taleyüklü məsələlərdə onların mövqeyinə məhəl qoyan varmı? Ziyalı elm öyrədən, xalq arasında əməlinə və şəxsiyyətinə görə nüfuz sahibi olan insanlardırsa, gəlin görək bu günkü azərbaycan cəmiyyətində onlara olan qayğı və diqqət hansı səviyyədədir. Elə götürək müəllimləri, onların maddi təminatı, yaşayış səviyyəsi ziyalı adına layiqdirmi? Onların səsi onsuz da eşidilmir və eşitmək istəyən də yoxdur. Deməli bizdə aktual olan ümummilli məsələ deyil, məmurların bir çoxunun şəxsi və qrup mənafeləridir. Beləliklə ziyalılar səlahiyyət sahibi olmadıqlarından, millətin taleyüklü məsələlərində də mövqeləri nəzərə çarpmır.

- Qayıdaq yenidən Qarabağ məsələsinə. Bir yazar olaraq bu mövzu sizin yaradıcılığınızda nə dərəcədə qabardılıb?

- Bu gün AYB-də Şuşanın işğalının 20 illiyi ilə bağlı dəyirmi masa təşkil olunmuşdu və əksəriyy ət şeir oxudu. Mən şeir oxuyanları günahlandırmaq və qosqoca azərbaycanın başına gətirilən faciələri onların adına bağlamaq istəmirəm. Lakin bu mövzuda mənim onlarla şeirim və bir povestim olmasına baxmayaraq, belə tədbirlərdə heç zaman şeir oxumağa və ya boğazdan yuxarı danışmağa cürət etməmişəm. Düşünmüşəm ki, ağlamalı şeir oxusam, olan qalan mübarizə ruhum da sınar və buna düşmən sevinər. Çığır-bağırla və ya pafosla şeir oxusam, şəhid şair Nizami Aydının ruhu qarşısında xəcil olaram. Əgər bu gün torpağımın bircə qarışı belə yağı tapdağında inləyirsə, bu inilti hər anıma, hər saatıma sancılan korşalmış xəncər kimidir. Mən torpaqlarının bir hissəsi əsirlikdə olan bir məmləkətin ürəyindən qan daman şairiyəm. Mən həm də sabahın əsgəriyəm! Torpaqlarının azadlığı uğrunda ya şəhi d, ya qazi olmaq istəyən əsgər! Bu yerdə yenidən Rəhmətlik Nizami aydını xatırlamamaq mümkün deyil. O, mənim xəyallarımda hələ də sözünə bütöv və dürüst çıxan əsl kişi kimi qalıb. Məğrur Türk kişisi kimi! 1992-ci ilin  may axşamlarının birində könüllü olaraq döyüşə gedəcəyini və erməniləri it kimi gəbərdəcəyini dedi. Iki gündən sonra eşitdim ki, Nizami Ağdamda döyüşür. Cəmi iki həftədən sonra isə Sırxavənddə mühasirədə olan döyüş dostlarını xilas etmək üçün yanan tankını düşmən üstünə sürərək, tankda yanıb kül olsa da, 20-yə qədər erməni əsgərini it kimi gəbərdə bildi və şəhidlik zirvəsinə yüksəldi. O zamanlar mən tələbə idim və Nizaminin bu şücaətindən ruhlanaraq, tələbələrdən ibarət könüllü dəstə yarada bildim. Hətta dəstəmizdə tələbə qızlar da vardı. Biz hər birimiz Nizamiyə bənzəmək istəyirdik. Döyüşmək, düşməndən intiqam almaq, qalib olmaq üçün alışıb, yanırdıq. Heyif ki, hamıya məlum olan səbəblər bizim də döyüşkən ruhumuzu sarsıtdı. Indi mən yazdıqlarımla təsəlli tapa bilmirəm. Təsəllim, yazıb-yaratmaq üçün alışıb-yanan, lakin düşmən tərəfindən yandırılaraq kül olan şair qardaşımın heyfini düşməndən almaq olacaq. Mən buna söz vermişəm və tanrı o günü mənə çox görməsin! 

Bəs deyə bilərsinizmi, torpaqlarımızı nə vaxt azad edəcəyik?

- Biri-birimizə inanacağımız gün! Biri- birimizin ayağının altını qazmaq mərəzindən əl çəkəcəyimiz gün! Nəhayət qədim və ulu Türklər kimi özümüzə qayıdacağımız gün!!!

Söhbətləşdi: Elnur Eltürk



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az