Bu gün hərbi hissələrdə “Açıq qapı” günü keçirilir
Müdafiə naziri Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, bu gün saat 11.00-dan Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin tabeliyində olan bütün hərbi hissələrdə əsgər valideynləri və yaxınları üçün "Açıq qapı” günü keçirilir.
Miq.Az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ziyarətçilər hərbi hissələrdə yaradılan yaşayış və məişət şəraiti ilə tanış olacaq, xidməti, inzibati binalara, əsgər yataqxanaları və yeməkxanalara baş çəkəcəklər.
Qonaqlar üçün müxtəlif döyüş texnikaları və silahların nümayişi də təşkil olunacaq.
Miq.Az