Bu işçilərin maaşları artırılacaq – Maliyyə naziri

Bu işçilərin maaşları artırılacaq – Maliyyə naziri

Bu il Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, 2019-cu ildə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin 2019-cu ildə əmək haqlarının artırılması qərarı verilib.

Report xəbər verir ki, bunu Milli Məclisdə büdcə müzakirələri zamanı Maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, bu qərarın maliyyə təminatının növbəti ildə yaradılması məqsədilə əlavə 620 milyon manat məbləğində vəsait tələb olunur:

"Bu da 2019-cu ilin dövlət büdcəsində əksini tapıb”.

Nazir qeyd edib ki, eyni zamanda pensiya təminatı sahəsində,əlavə sosial müdafiə tədbirləri üçün 110 milyon manatın ayarılması nəzərdə tutulub.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az