Bu ölkələr İran neftinin birbaşa alışını dayandırdı - SİYAHI
Çin, Hindistan, Türkiyə, Cənubi Koreya və Yaponiya İran neftinin birbaşa alışını dayandırıb.
Cebhe.info xəbər verir ki, aprel ayının sonunda Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Mayk Pompeo İranın ixracına qadağa qoyulmasına baxmayaraq, 8 ölkəyə neft almağa icazə verildiyini elan etmişdi.
Qeyd edək ki, ABŞ lideri Donald Tramp may ayından etibarən İrandan neft alışı ilə bağlı ABŞ sanksiyalarının digər ölkələrdən çıxarılmaması qərarını vermişdi.
Miq.az