Bu ömrün, günün, ayın, ilin Gündüzü...
Aydın Caniyev
Gündüz. Gözəldi gündüzlər və Gün-Düzlər - Düz Günlər. Gündüzün alternaitivi gecədi, axşamdı, qaranlıqdı, alaqaranlıqdı, alatorandı, amma heç bir halda GÜNDÜZÜN çaları yoxdu! Fəqət bir orası da var ki, gündüzlər hamının həyatında gündüz olmur - bax bu nə gündüzün günahıdı, nə də Gündüzün.
Bu ömrün, günün, ayın, ilin Gündüzü...
Amma dostların da, işin də, yaradıcılığın da GÜNDÜZÜ çalarsız, təyini aydın, saf, təmiz olanda gözəl olur. Hamının nə ömrünün, nə işinin, nə də yaradıcılığının gündüzləri düzgün olur, nə Düz Gün olur.
Söz oynatmıram, Günün Düzünü zərfliyə, təyinə, adamın ömrünü Düz Günə və Düzgünə dartıb aparmıram, təftiş etmirəm.
Mən Gündüzlərimi DüzGün və Düzgün yaşamayanlardanam...
Aylarla etdiyimi Sizə də deyim və siz də arada imkan tapanda mənim kimi Gecəni Gündüzlə yerdəyiş edin və görün: həyat necə də dəhşətli dərəcədə daşınmaz, acımasız, sönük, boğuqdu və adam necə görmə qabiliyyətini itirir, fiziki və cinsəl potensialından məhrum olur, düşüncə və ruh nə qədər bərbad duruma yuvarlanır, aqressiya, neqativlik şkalasında göstərici kəlləçarxa qalxır və...
Ömrün Gün(lərini)Düz yaşamayanda, pərsəngini sonra düzəltmək olur: heç kim nə qədər yaşayacağını bilmir - 100 yaşa da çatmaq olar! GÜN(ləri nizamlayıb)DÜZ yaradıcılıq yardımçı ola bilər - istiqaməti müəyyənləşdirməklə!
Yaradıcılığı (işi) da hərəkətə və hala gətirmək üçün Gün(lər üzrə)Düz qurmayanda anlamaq lazımdı ki, artıq DÜZgünə çıxmaq getdi - şansı Allah vermədisə, ağıl acizdi!
Faciəli həm də odu ki, ətrafını, mühitini Gün(kimi aydın insanlarla)Düz qurmayanda... onda hər şey məhv olur!
Ən azından ömür də, yaradıcılıq da məhvərindən çıxacaq - hətta Gün(saat, dəqiqə, saniyə üzrə)Düz yaşayırsansa da, yaradırsansa da... bu ikiölçülü fəzanın qənimi üçölçülü fəzanın meteoriti - Düzgün seçilməyənlər olacaq və DÜZGÜnü pozacaqlar.
Bu fikirləri mənə yaşadan Gündüz Məmmədovdu. Yaşadığı ömrün GÜNlərini DÜZgünlüklə nizamlayıb bu qarışıq 25 ildə - həm həyati, həm mənəvi-ruhi tələbatları, həm ömrü, həm yaradıcılığı, həm də ətrafını, mühitini gözəlləşdirməklə - yaşamına saf, təmiz, aydın təyinlərini qazandıran Dostum.
Gündüzlə bir neçə epizodda üz-üzə olmuşuq və qəti qənaətim olub: bu mənim 25 ildi tanıdığım və dəyər verdiyim dostumdu!
Ən azından mən Gündüzlə oturub söhbətləşəndə, onun ömür və facebook səhifəsinə boylananda razı qalmışam: həm zəhmətkeşdi - qəfil sosial-iqtisadi sunamilər belə onu ağuşuna alıb nə çör-çöp kimi sahilə ata, nə də qayalıqlara çırpa bilər.
Canını ac saxlamadığı kimi, ruhunu da doyurar - harda elm, mərifət , irfan adamı varsa, onunla bir məclisdə oturmaq qədərincə QABİLİYYƏTLİDİ, yüzminlərlə diplomlu, özünə savadlı və söz adamı, iş adamı deyənlərdən fərqli olaraq!
Və mən Gündüzlə söhbət edə-edə bir qənaətə gəldim: elə xalqlar var onlara ağsaqqal (müasir yöntəmdə - ziyalı) lazım deyil! Məsələn, ingilisin, almanın, fransızın nəyinə və harasına lazımdı ağsaqqal - ziyalı?
Ziyalı diktatura rejimləri yaşanan ölkələrdə xalqın qabağına çıxmaq üçündü - qiyam olanda versənə əlinə... mikrafon, dalından itələyəsən... tribunaya, yainki də, saytlarda, telekanallarda seçki ərəfəsi danışdırasan! Halbuki qanunlar işləyən ölkədə və seçim azadlığı ruhunun konstitusiyası olan xalqlarda ağsaqqal hərləmirlər!
Və mən fikirləşirəm, hirslənirəm: bizi nəyəsə və niyəsə öyrətmək istəyənlərə bir ayrı, bunu bizə qəbul etdirənlərə bir ayrı.
Bizə sosializmi yedirtdilər tam və qəti qələbəyəcən - 70 ildən sonra məlum oldu ki, bu, DÜZGÜN olmayıb. GÜNDÜZlərimiz gedib bada.
Bizə demokratiya öyrədirlər və tələb edirlər ki, demokratiyanın tələblərinə əməl edək. Demokratiya haqqında Çörçilldən tutmuş ta o kopayoğluya qədər ki, hansı ki deyib: demokratiya yəhudilərin millətlərin ağzına itin qabağına atılan sümük misalı.
Mən hesab edirəm ki, bizə nə demokratiya, nə sosializm, nə də xürafat, mövhumat görkəmində din gərək olmayıb, deyil və olmayacaq da.
At belində azad və sərbəst yaşayanların, fatehlik sərgiləyənlərin
Konstitusiyası - "sən öl";
Dini - ÇÖRƏK HAQQInı müqəddəs bilməsi - çörək qurandan irəlidir;
Birgəyaşayış qaydaları - igid igidi yıxar, başını kəsməz
üstündə, üstəlik də
Ordusu - torpağı əkib qorumursansa, əkmə, əkirsənsə qoru
prinsipinə köklənən MƏCƏLLƏDƏN İBARƏT olmalıdı!
Bunu isə Gün(ünü)Düz yaşayanlar, Yaradıcılığını Gün(lər üzrə)Düz quranlar, ətrafını, mühitini Gün(kimi)Düz insanlarla dostlaşanlar bacarar və FATEHLİK ALIN YAZISI olar!
Sağ olun GÜNDÜZ ömrün GÜNDÜZ əməllər sahibi olan GÜNDÜZ insanlar!
p.s. əzizim Gündüz Məmmədov, mənə bu düşüncələri yaşatdığın üçün bu GÜN DÜZ beş DÜZGÜN insandan yazıram. İlki Sən oldun!
Minnətdaram GÜNDÜZ dost - DÜZGÜN adam. DÜZGÜnümüz, DÜZ GÜNÜMÜZ pozulmasın!
p.p.s. Cəmiyyətimizin GÜNDÜZ VƏ DÜZGÜN insanlara ehtiyacı var və məhz bu barədə yazılmalıdı. Ki... düzlüyə, düzgünlüyə çıxa bilək. O ayrı söhbətdi ki, DÜZGÜNlük özü nədi?
Miq.Az