Bu sahədə çalışanların maaşı artıb

Bu sahədə çalışanların maaşı artıb
2017-ci ilin yanvar-iyun aylarında tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 97,8 min nəfər təşkil edib.

Miq.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, onların 48,6 min nəfəri binaların tikintisində, 24,6 min nəfəri mülki təyinatlı inşaat işlərində, 24,5 min nəfəri isə ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 28,2 faizi dövlət, 71,8 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olublar.
Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,5 faiz artaraq 807,8 manata çatıb. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əmək haqqı 927,6 manat, dövlət sektorunda isə 521,3 manat olub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə binaların tikintisində işləyənlərin orta aylıq nominal əmək haqqı 7,5 faiz, mülki təyinatlı inşaat işlərində çalışanların isə 8,8 faiz artıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az