Şəmkirin İHB-sı Alimpaşa Məmmədovun işini gücünü atib özünə konsert keçirməsi mətbuatda geniş əks-səda doğurmuşdu. Xatırladaq ki, başçı büdcə təşkilatlarına dəvətnamə paylayaraq Bakıdan 6 müğənni və "Bu Şəhərdə" ni dəvət edərək (ümumilikdə 50-yə yaxın yaradıcı və texniki heyət) rayonda iki günlük konsertini təşkil eləmişdi. Konsertin 10 gün ərzində ATV kanalında reklamı yayınlanmışdı.
Hətta ötəri hesablama aparanda bu tədbirin 200 min manatdan ucuz başa gəlmədiyi ortalıqdadır. Mətbuat məsələni gündəmə gətirdikdən sonra icra başçısı açıqlama verərək təşkilatı xərclərin “Synergy Group” ASC tərəfindən ödənildiyini bildirərək yaxasını məsuliyyətdən qurtarmağa çalışdı. Amma gün kimi aydındır ki icra başçısının iradəsi və razılığı olmadan heç kim rayon mərkəzində iki günlük konsert təşkil eləyə bilməz. Amma Alimpaşa Məmmədov qabağa “Synergy Group” u verdi. Və bu zaman da ortaya haqlı olaraq belə bir sual çıxdı. Əcəba lap tutaq ki, bunu hansısa şirkət edib.
Bəyəm Şəmkirin bütün dərd-səri, problemləri həllini tapıb ki, siz öz əyləncəniz üçün 200 minlik pulsuz konsert keçirirsiniz? Yəni bu konsert hər hansısa xeyriyyə məqsədiylə edilsəydi və ya əsgərlərimiz üçün keçirilsəydi bunu haradasa anlamaq olardı. Elə isə bu miqdarda pulu göyə sovurmağa hansı ad qoymaq olar? "Siltuş Çölçəmənli"yə baxıb öz gənclik illlərinin nostaljisini yaşamaq bu qədərmi önəmlidir? Yaxşı ki, mətbuat bunu gündəmə gətirdi. Və öz gücünü göstərdi.
Artıq yayilan rəsmi məlumatlara görə bu cür harın fəaliyyətinə gürə“Synergy Group” ASC cəzalandırilib. Və onun tərkibindəki 2 şirkət bağlanıb. Şirkətin rəhbərliyinə də son xəbərdarlıq edilib. Redaksiyamıza rəsmi dairələrdən sızan məlumata görə, icra başçısına da yuxarılar tərəfindən möhkəm"Qulaqburması" verilib .
Mövzunu diqqətdə saxlayacağıq.
Vətəninfo.az