Bu şəxslərə də hərbi xidmətdən möhlət hüququ veriləcək – YENİLİK

Bu şəxslərə də hərbi xidmətdən möhlət hüququ veriləcək – YENİLİK

Azərbaycanda peşə təhsili alanlara növbəti təhsil pilləsinə keçmək üçün həqiqi hərbi xidmətdən möhlət hüququ veriləcək.
 
Bu barədə yeni hazırlanan "Peşə təhsili haqqında” qanun layihəsinin 4-cü maddəsində (dövlətin vəzifələri) qeyd edilib.
 
4.1.36 maddəsindəndə bildirilir ki, peşə təhsili müəssisələrində tam orta təhsil alan şəxslərə təhsili başa vurduqdan sonra növbəti təhsil pilləsinə qəbul prosesində iştirak üçün 1 çağırış müddətinə həqiqi hərbi xidmətdən möhlət hüququ verilir.
 
Bununla yanaşı, qanun layihəsində peşə təhsili müəssisələrində təhsil alan şəxslərə təqaüdlər verilməsi də nəzərdə tutulur.  

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az