Bu zolağa görə sürücülər 40 manat cərimə olunacaq

Bu zolağa görə sürücülər 40 manat cərimə olunacaq
24 saat ərzində zolaqlara nəzarət ediləcək

IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakıda xüsusi zolaqların çəkilməsinə başlanılıb.

İstiPress-in xəbərinə görə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi, polis polkovniki Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib ki, bu zolaqlara yalnız Oyunlar üçün nəzərdə tutulan nəqliyyat vasitələri buraxılacaq: "24 saat ərzində zolaqlara nəzarət ediləcək. Mayın 1-dən 25-nə qədər zolaqlara digər maşınların girməsinə icazə verilməyəcək. Aidiyyatı olmayan maşınlar zolağa girsə 40 manat cərimə olunacaqlar".

BDYPİ-nin şöbə rəisi qeyd edib ki, regionda olan nəqliyyat vasitələrinin həmin müddətdə şəhərə daxil olmasına müəyyən məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, mayın 12-dən 22-nə kimi Bakıda İslam Həmrəyliyi Oyunları keçiriləcək. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az