Cavid Qurbanovun obyektində adam batdı-ÖZƏL

 Cavid Qurbanovun obyektində adam batdı-ÖZƏL
Vətəninfo.az xəbər verir ki,bu gün Bakı şəhəri Xəzər rayon ərazisində Pirşağı qəsəbəsində Həyat  İstirahət Mərkəzinin yerləşdiyi ərazidə çimərlikdə hadisə baş verib. Məlumata görə, günorta saatlarında dənizdə üzən iki şəxs batma təhlükəsi ilə üz-üzə qalıblar və bu iki şəzsdən birini boğulmaqdan xilas etmək mümkün olub.Məlumata görə, səylərə baxmayaraq vətəndaşlardan birini xilas etmək olmayıb və adı hələlik bilinməyən şəxs batəb. Hazırda hadisə yerində Xəzər rayon Polis İdarəsinin və Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. FHN-nin sularda təhlükəsizlik xidməti əməkdaşları batan vətəndaşın meydini sudan çıxarılması istiqamətində dənizdə axtarışlar aparırlar. Amma bu saata qədər batan vətəndaşın cəsədi tapılmayıb. Əldə etdiyimiz məlumata iddia edilir ki, Həyat İstirahət Mərkəzi  millət vəkili və eyni zamanda Azərbaycan Dəmir Yolları Qapalı Səhimdar Cəmiyyətin sədri Cavid Qurbanova məxsusdur.
 
Vətəninfo.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az