Elmlər namizədi intihara cəhd etdi-ŞOK

Elmlər namizədi intihara cəhd etdi-ŞOK
Bakıda elmlər namizədi, 28 yaşli Könül Səfərova (ad-soyad şərtidir- A.A) anası ilə bərabər "Təmiz dünya” İctimai Birliyinin sığınacağına yerləşdirilib. Bu barədə məlumatı Vətəninfo.az xəbər verir ki, bu barədə Cebhe.info-ya "Təmiz Dünya”nın sədri Mehriban Zeynalova verib. 
 
Onun sözlərinə görə, hazırda Könül Səfərova anası ilə birlikdə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında yaşayır. Elm sahəsində kifayət qədər uğur qazanan Könül Səfərovanın sığınacağa gətirilməsinin isə olduqca ilginc səbəbi var. Belə ki, həyatını elmə həsr edən gənc qız evlilik təklifi alıb və oğlanın israri ilə hər seydən, o cümlədən çox sevdiyi elmdən imtina edib. Əldə etdiyi uğurları və gələcək inkişafını nişanlısına qurban verib. Ancaq nişandan sonra ailələr arasında anlaşılmazlıqlar tərəflərin münasibəti pozması ilə nəticələnib. Oğlanın valideynləri Könülün atasının olmamasını və qızın ailəsinin maddi imkansızlığını, yaxşı cehiz gətirə bilməyəcəyini əsas gətirərək, nişanı geri qaytarıb: "Məsələ nişanın qayıtması deyil. Könülə bu hadisə psixoloji zərbə vurub. Bütünlüklə özünü sevdiyi oğlana həsr edən, onun istəkləri ilə oturub-duran Könülə ilk zərbəni nişanlısı vurub. Amma oğlan bu məsələlərdə passiv iştirakçıdır. O, sadəcə valideynlərindən iqtisadi asılıdır. Nişanın pozulmasına mane olmayan oğlan valideynlərinin qərarı ilə razılaşmalı olub”. Gənc qız bu hadisədən çox sarsılıb və çıxış yolunu intihara cəhddə görüb. Hadisələrin real iştirakçısı olan Könülün anası qızının yanından uzaqlaşmayıb: "Ana bütün günü qızının yanında gəzməli olur ki, o, intihara cəhd etməsin. Könül həyata olan bütün ümidlərini itirmişdi. Hətta ona dəstək olan insanlardan uzaq gəzirdi. Nişanlanandan sonra elmi rəhbərinin tapşırıqlarını yarımçıq qoymuşdu. Əldə etdiyi nailiyyətləri davam etdirməyib. Nişan pozulandan sonra isə hətta yeməkdən belə imtina edirdi. Hazırda Könül Səfərova anası ilə birgə sığınacağa yerləşdirilib. Məqsəd onu intihardan çəkindirmək, hadisələrə baxışını dəyişmək və elm sahəsindəki uğurların davam etdirməsində ona dəstək çıxmaqdır”. M.Zeynalova hesab edir ki, ona bu məsələdə dostları və elm sahəsində tanınmış insanlar kömək edə bilərlər: "Könül bütün əlaqələrini bərpa edib, onlarla mütəmadi təmas qursa, ayağa qalxa bilər. İlk dövrlərdə Könül bu görüşlərdən imtina edirdi və qətiyyətlə təmasdan yayınırdı. Amma son zamanlar psixoloji dəstək yavaş-yavaş müsbət təsirini göstərir. Cəmiyyət olaraq Könül və onun timsalında belə gənclərə dəstək çıxmalıyıq. Onları intihar kimi şeytan əməllərindən çəkindirərək, yeni həyata səsləməliyik. Elm aləmində sanballi sözü olan adamlarla görüşmək, hadisəni onlara anladaraq işimizi davam etdirmək istəyirik. Əminik ki, həmin adamlar hadisənin təffərrüatını bilsələr, Könülə daha cox dəstək verəcəklər”.


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az