Avtoş icra başçısının maşını cərimə meydançasına aparıldı

Avtoş icra başçısının maşını cərimə meydançasına aparıldı
Vətəninfo.az avtosfer.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında Bakıda Dövlət Yol Polisi tərəfindən keçirilən reyd zamanı 10 AA 812 dövlət nömrə nişanlı avtomobil saxlanılıb.

Avtomobilin saxlanılmasına səbəb üzərində qadağan olunmuş "FiFA” siqnalı və sayrışın işıqların olmasıdır. Həmin nəqliyyat vasitəsinin cərimə meydançasına aparıldığı bildirilir.

 Məlumata görə, 10 AA 812 dövlət nömrə nişanlı avtomobil Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərovun xidməti maşınıdır.

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az