"Cənnət üçün pasportlar" buraxılır - FOTO

İŞİD "cənnətə vəsiqə” verir

İŞİD terror qruplaşması öz döyüşçülərinə "cənnətə vəsiqə”lər verir.

Daily Mail-in xəbərinə görə, sənədlərin nümunələri Suriya müxalifət ordusunun nümayəndələri tərəfindən Rakka şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlanıb.

Qızılı-yaşılı rəngdə olan sənədlərdə ərəb və ingilis dillərində Qurandan sitatlar var. Həmçinin vəsiqələrdə terrorçulara şəhid kəməri və partlayıcılardan istifadə etməklə terror aktları törətməyə çağırışlar yerləşdirilib.

 

Sənədin üz qabığına "cənnətə vəsiqə” sözləri yazılıb. Sənəd verilərkən döyüşçü əmin edilir ki, əgər o, şəhid olsa, cənnətdə onun üçün yer təmin olunacaq.

Nəşr qeyd edir ki, vəsiqələrdə heç bir ad və soyad yazılmayıb. //İstipress.com

 Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az