Vətəninfo.az xəbər verir ki, bu barədə "Report"a xalq artisti Ramiz Novruz məlumat verib.
Onun sözlərinə görə, barışıq Yasamal Rayon Polis İdarəsinin 2-ci Polis Bölməsində baş tutub: "Bu gün səhər Polis Bölməsində Ramiz Məlikdən üzr istədim. Barışdıq və Ramiz Məlik şikayət ərizəsini geri götürdü. Hazırda teatra gedirik. Bir azdan teatrda kollektivin qarşısında yenidən Ramiz Məlikdən üzr istəyəcəm. O, məndən 12 yaş böyükdür. Ağsaqqaldır. Mən ona əl qaldırmışam. Əlim üzünə dəyib. Bilmədən olub. Əsəbi olmuşam."
Ramiz Məlik də "Report"a açıqlamasında Ramiz Novruzun dediklərini təsdiqləyib: "Mən böyüklük etdim. Onu bağışladım. Dəfələrlə üzr istədi. Polis bölməsində olduq və ərizəmi geri götürdüm. İndi teatra gedirəm. Saat 15:00-da kollektiv qarşısında məndən yenidən üzr istəyəcək. Barışdıq və söhbətin bitməsini istəyirəm".
Xatırladaq ki, avqustun 23-də iki xalq artisti arasında münaqişə baş vermişdi. Hadisədən sonra xalq artisti Ramiz Məlik öz həmkarından polis şikayət etmişdi.
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...