“Darvin bankası” yatağında iki quyu qazılır

“Darvin bankası” yatağında iki quyu qazılır

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) kompleks qazma işləri tresti "Abşeronneft” neft və qazçıxarma idarəsinin sifarişi ilə "Darvin bankası” yatağında iki yeni quyunun qazmasına başlayıb.

Yataqdakı 740 nömrəli meydançadan qazılan 745 nömrəli quyunun layihə dərinliyi 930 metr, 720 nömrəli meydançadan qazılan 764 nömrəli quyunun layihə dərinliyi isə 1440 metrdir.

Geoloqların hesablamalarına görə, qirməki altı lay dəstəsinə qazılan quyuların hər birindən sutkada 5 ton neft hasil ediləcək.

AZƏRTAC



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az