Deputatın oğlunun 220 min dolları oğurlandı - MƏHKƏMƏ

Deputatın oğlunun 220 min dolları oğurlandı - MƏHKƏMƏ
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Miq.az Teleqraf.com-a istinadən  xəbər verir ki, hakim Rasim Sadıqovun sədrlik etdiyi prosesdə zərərçəkmiş şəxs qismində "Odlar Yurdu” Universitetinin birinci prorektoru Munir Vəliyev ifadə verib.
Prorektor ifadəsində təqsirləndirilən Vüqar Vəliyevi ittiham edib və bildirib ki, iş otağındakı seyfdə 219 min 900 ABŞ dolları oğurlanıb.
Munir Vəliyev əlavə edib ki, bundan başqa, seyfdə 94 min manat da olub: "Bu pulu yalnız Vüqar Vəliyev görüb. Onlar bir neçə nəfər olublar, üzlərinə maska taxıblar. Universitetdəki çəkiliş kameralarını sıradan çıxarıblar”.
Prorektor əlavə edib ki, seyfdəki pullar tələbələrin təhsilhaqqı deyilmiş. Vüqar Vəliyev isə onun dediklərini təkzib edib.
Digər təqsirləndirilən Sübhan Ələkbərov seyfi səhv saldıqlarını bildirib: "Bilmədik həmən seyf olduğunu. Ona görə səhv saldıq. Universitetdə seyfdə pulun olduğunu Vüqar dedi. Mən də oğurluğa görə tövbəli idim”.
Proses davam edir.
İttihama görə, təqsirləndirilən şəxslər Nərimanov rayon ərazisində "Odlar Yurdu” Universitetinin birinci prorektoru Munir Vəliyevin xidməti otağından oğurluq ediblər. Onlar prorektorun seyfini aparıblar, ümumilikdə 429 min 172 manat dəyərində pulu keçiriblər.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az