Deputatların məzuniyyət pulu gündəm oldu: 21 min manata qədər...

Deputatların məzuniyyət pulu gündəm oldu: 21 min manata qədər...
Bu gün Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

 

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

 

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar. Parlamentin sədri, sədr müavinləri, komitə sədrləri və deputatlar üçün məzuniyyətlə bağlı veriləcək vəsaitlərin miqdarı artıq müəyyənləşib.

 

Milli Məclis üzvlərinin məzuniyyət zamanı alacaqları müavinət bu formadadır:

 

- Spiker - 21 min 300 AZN;

 

- Spikerin birinci müavini - 19 min 170 AZN;

 

- Spikerin müavinləri - 18 min 105 AZN;

 

- Komitə və komissiya sədrləri - 17 min 40 AZN;

 

- Komitə və komissiya sədrlərinin müavinləri - 15 min 975 AZN ;

 

- Deputatlar - 10 min 400 AZN;

 

Qeyd edək ki, Azərbaycanda minimum ayılıq əməkhaqqı 345 manatdır./Yenisabah.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az