Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu orta məktəb dərsliklərinin monitorinqi aparacaq.
Bu barədə AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun monitorinq şöbəsinin aparıcı elmi işçisi Şahlar Məmmədov bildirib ki, orta məktəb dərsliklərində Azərbaycan dilinin normaları pozulur: “Dərsliklərdə çoxlu dil qüsurları var. Dərsliklərin dili ilə bağlı narahatlıq cəmiyyətdə tez-tez ifadə olunur. Bunun qarşısını almaq üçün bizim əlimizdə dövlət proqramı var və biz bu proqrama uyğun olaraq yaxın günlərdə orta məktəb dərsliklərin dilinin monitorinqini aparacağıq. Düzdür, Təhsil Nazirliyində, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında orta məktəb dərsliklərin dilinin monitorinqini aparan qurumlar var. Amma onlar daha çox müasir təlim üsullarına əsaslanaraq monitorinq aparırlar. Biz isə monitorinqi konkret dil faktları əsasında aparacağıq”.
Ş. Məmmədov qeyd edib ki, Dilçilik İnstitutu televiziya aparıcılarının dil qüsurlarının aradan qaldırılması istiqamətində kursların təşkili üçün Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmliyə məktub göndərib: “Televiziyalardan ən azı 2-3 aparıcı kurslara cəlb olunacaq. Televiziyalarla da razılıq əldə olunub. Biz bu məsələdə israrlıyıq. Kursların proqramı da artıq hazırdır. Proqram 18 saat olmaqla 2 həftəlik dövrü əhatə edəcək”.
APA
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər