DİN Bakıdakı partlayışa aydınlıq gətirdi

DİN Bakıdakı partlayışa aydınlıq gətirdi
Daxili İşlər Nazirliyi (DİN) Bakıda sexdə baş vermiş partlayışla bağlı məlumat yayıb.
 
Nazirliyin mətbuat xidmətindən Miq.az-a verilən məlumata görə, iyulun 5-də saat 03 radələrində Binəqədi rayonunun Sulutəpə qəsəbəsində Bakı şəhər sakini Azər Kərimova məxsus "Golden Water” MMC-nin "Lider-Cola" istehsalat sexində quraşdırılmış, içərisində karbon qazı olan 4 tonluq dəmir çən partlayıb.
 
Hadisə nəticəsində xəsarət alan olmayıb, sexin 1500-2000 kvadrat metr ərazisi, hasarı dağılıb, inzibati binanın və yaxınlıqdakı 3 evin şüşələri sınıb, dam örtükləri yararsız hala düşüb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az