DİQQƏTLİ OLUN: “Azercell”in müdhiş fırıldağının üstü açıldı - Faktlar
Miq.az xəbər verir ki, abonentin xəbəri olmadan, bir dəfə də olsun bildiriş məktubu göndərilmədən məhkəmə qurulur. Və abonet cərimə olunur... Cərimənin miqdarı o qədər də çox deyil...Sadəcə "Azercell”-in bu qədər özündən razı olması, Azərbaycan qanunlarına TÜPÜRMƏSİ, Azərbaycan vətəndaşlarını aşağılaması, bizi təəccübləndirdiyindən bu mobil operator haqqında araşdırmalara başlayırıq...Və sizlər də bilin və şahidi olun ki, "Azercell” Azərbaycanda hansı oyunlardan çıxır...İnsanların cibinə utanmadan necə girir. Bizim fikrimizcə Azersell nömrələrindən imtina etməyin də vaxtı çatıb, deyilmi? Redaksiya olaraq "Azercell”-dən imtina kompaniyasına başlayırıq. Imtina könüllüdür. Kim istəsə, redaksiyamiza məktub ünvanlayaraq, ad və soyadını göstərməklə, bu operatordan imtina etməsi barədə etiraz məktubu göndərə bilər. Xatırladaq ki, bir həftə müddətinə "Azersell"ə bağlı redaksiyamıza onlarla məktub daxil olub və həmin şikayətçilərin də məktublarını davamlı olaraq saytımızda yayımlayırıq.
Cünki...Azərbaycan qanunlarına hörmət qoymayan "Azercell” mobil operatorundan imtina etməyə dəyər.
Və beləliklə...
Miq.Az-ın "Azercell”siz həyat ondan da gözəldir layihəsində 4-cü yazı
Bu yaxınlarda "Azercell” abunəçisi olan Elnur Abdullazadə mobil operator şirkətini ifşa edib.
Abunəçi şirkətin fırıldağının üstünü açıb.
Onun sözlərinə görə, bu cür ləyaqətsiz fırıldaqçılıq rəzillikdir: "Azercell nə biznes, nə də şəxsi ləyaqətə sığmayan bu rəzilliyi 5-3 qəpiyə görə necə özünə sığışdıra bilir?!... Deməli, bir neçə gün əvvəl balansımdan gün ərzində bir neçə dəfə məbləğ çıxıldığını hiss etdim.
Azercell ilə əlaqə saxladım, "siz hansısa Azercell ilə işləyən üçüncü şirkətin tarifinə qoşulmusuz və biz buna görə məsuliyyət daşımırıq" dedi. Operatora izah etdim ki, milləti axmaq yerinə qoymasın, mən heç bir tarifə qoşulmadığıma əminəm və birbaşa buna görə Azercell məsuliyyət daşıyır.
Mənə "Digital Service" adlı bir (fırıldaqçı) şirkətlə əlaqə saxlamalı olduğumu dedilər. Həmin şirkətə zəng etdim, mənə 10 sentyabr tarixində 7026 nömrəsinə ENDİRİM yazıb göndərməklə onların tarifinə abunə olduğumu və istəmirsizsə sizi xidmətdən çıxaraq dedilər. Deməli, bunlar kimki hiss etmir, onu soymağa davam edirlər, kimki hiss edir, gəlin sizi xidmətdən çıxaraq deyirlər”.
E.Abdullazadə bildirir ki, israrla belə bir nömrəyə heç bir mesaj atmadığını deyib: "Azercell müştəri xidmətlərinə yaxınlaşıb ödəniş edib çıxarış aldım və həmin tarixdə məndən 7026 nömrəsinə mesaj göndərildiyini gördüm. Bu uzaq tarix deyil ki, göndərim yadımdan çıxsın, cəmi 2 həftə əvvəldir.
Bu hansısa instant pəncərə deyil ki, əlim toxunsun bilməyim. Mənim qədər bu mövzularda həssas insan necə ola bilər ki, mesaj qutusuna girib ENDİRİM sözünü yazım 7026 nömrəsinə göndərim.
Lakin bu nə mənim yadımda qalsın, nə də göndərilənlər mesaj qutusuna düşsün. Azercell'dən aldığım çıxarışda görünür ki, guya 10 sentyabrda mən 7026 nömrəsinə mesaj göndərmişəm”.
Şikayətçi hesab edir ki, Azercell öz müştərilərinin nömrə bazasını hansısa üçüncü fırıldaqçı şirkətə verir: "Daha da qorxuncu bizim adımızdan onların nömrəsinə bizdən xəbərsiz və icazəsiz abunə mesajı göndərir.
Halbuki, bu bizim mesaj qutumuzda görünmür, lakin Azercelldən çıxarış aldıqda orada görünür, nəticədə isə biz hansısa fırıldaqçı ödənişli xidmətə Azercellin birbaşa əli ilə xəbərsiz abunə oluruq.
Belə çıxır ki, Azercell istənilən an bizim adımızdan, bizdən xəbərsiz istənilən şəxsə və ya quruma mesaj göndərə bilər və buna görə biz məsuliyyət altında qalarıq”./politika.az/
Şirkətin mövqeyini dərc etməyə hazırıq.
Redaksiyadan: Hörmətli oxucuların nəzərinə çatdırırq ki, "Azercell” haqqında bildiyiniz bütün mənfi hallarla bağlı şikayət məktublarınızı
[email protected] email ünvanına göndərə bilərsiniz.
Miq.az