Dostu tərəfindən qətlə yetirilən gənc əməkdar artistin yaxın qohumu çıxdı

Dostu tərəfindən qətlə yetirilən gənc əməkdar artistin yaxın qohumu çıxdı
Əməkdar artist Səbuhi İbayev "5/5" proqramında qonaq olub.

Miq.az milli.az-a istinadən xəbər verir ki, əməkdar artist verilişdə təxminən 3 ay öncə qətlə yetirilən gənc xanəndə Miryusif Mirizadənin doğma dayısı oğlu olduğunu bldirib.

Xatırladaq ki, avqustun 1-də xanəndə Novruz Hüseynovun meyiti Qarabağ su kanalının Ağcəbədi rayon ərazisindən keçən hissəsində aşkarlanıb. Yol qəzasında öldüyü deyilən xanəndə Miryusif Mirizadənin isə dostu Novruz Hüseynov tərəfindən qətlə yetirildiyi məlum olub. N.Hüseynov dostunu 14 bıçaq zərbəsi ilə öldürdükdən sonra özünü Qarabağ su kanalına ataraq intihar edib. Onun meyiti hadisənin baş verdiyi ərazidən 5 km. aralıda, Ağcabədi rayonunun Qiyaməddinli kəndi ərazisində tapılıb.
Qeyd edək ki, hadisə ilə bağlı N.Hüseynovun qardaşı Elçin Hüseynov da saxlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az