Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb

Dünən Bakıda küləyin sürəti saniyədə 30-32 metrə çatıb
Həftə sonu Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyi müşahidə olunub.

Miq.az  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova APA-ya bildirib ki, şimal-qərb küləyi ötən gün paytaxtda daha da güclənib. Onun sözlərinə görə, fevralın 26-da küləyin sürəti saniyədə 30-32 metrə çatıb: "Bu gün gündüzdən isə arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şərq küləyi ilə əvəz olunub. "Küləklər şəhəri" deyilən Bakıda əvvəlki illərdə də belə güclü küləklər müşahidə olunub".
 
Miq.az 


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az