Elçibəyin ata evi - Foto
Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin Kələkidə yerləşən ata evinin şəkli yayılıb.
Vizual.az xəbər verir ki, şəkli Feysbukda mərhum prezidentin kürəkəni Aqil Səmədbəyli paylaşıb.
O, şəklə belə şərh yazıb:
"Bu şəklə diqqətlə baxın. Bu prezident Elçibəyin Kələkidəki ata evidir. Bəli, o, prezident olanda da, devrildikdən sonra da məhz bu evdə yaşadı! Xalqın bir qəpiyini mənimsəmədi, Londonda bahalı saraylar almadı, yetim malı-qul haqqı yemədi! Onun komandasından heç kimin Londonda bir daxması belə yoxdu. İndi Kələkidəki bu ev bir az düzəldilib - o da Bəydən sonra..."