
Britaniya mənbələrinin xəbərinə görə, MEA Capital Limited şirkətinin yaradılması üçün Anar Mahmudovun qayınatası Cahangir Hacıyevin rəhbəri olduğu və soyub-taladığı Azərbaycan Beynəlxalq Bankının vəsaitlərindən də istifadə olunub.
Anar Mahmudovun şirkəti Londonun dəbdəbəli rayonunda, Temza sahillərindəki mülklərdən birində qeydiyyata götürülüb.
Yeri gəlmişkən, virtualaz.org Anar Mahmudovun Londondakı 40 milyon funt dəyəri olan böyük mülkü haqda təfərrüatı ilə hələ ötən il yazmışdı.

Xatırladaq ki, Anar Mahmudovun qayınanası Zamirə Hacıyev Britaniya polisi tərəfindən böyük məblğdə pulların yuyulması və mənimsənməsi ittihamı üzrə saxlanmışdı. Hazırda Z.Hacıyeva 500 min funt sterlinq girov müqabilində azadlığa buraxılıb..
Onu da qeyd edək ki, Azərbaycana ekstradisiya məsələsinə baxılana - gələn ilin iyun ayına qədər Zamirə Hacıyeva ev dustaqlığında olacaq. O, elektron bilərzik taxmalı, axşam və gecə saatlarında evini tərk etməməli, eyni zamanda hər gün polis məntəqəsində qeydiyyatdan keçməlidir. Həmçinin onun M25 trasının hüdudlarını tərk etməyə ixtiyarı yoxdur. Bundan əlavə, Z.Hacıyevanın pasportu polisdə saxlanılacaq.