Elektrik qatarlarının istifadəyə verilmə tarixi bəlli oldu

Elektrik qatarlarının istifadəyə verilmə tarixi bəlli oldu

"Azərbaycan Dəmir Yolları” QSC-də İsveçrənin "Stadler Rail Group” şirkətinin prezidenti Peter Şpulerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə növbəti ikitərəfli görüş keçirilib.  Vətəninfo.az SİA-ya istinadla xəbər verir ki, "Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında ətraflı məlumat verib.

Görüşdə "Azərbaycan Dəmir Yolları” QSC tərəfindən alınmış  KİSS markalı ikimərtəbəli elektrik qatarlarına texniki xidmətinin təşkili üçün "Stadler Rail Group”  şirkəti ilə birgə müəssisənin yaradılması, 30 ədəd yataq tipli  sərnişin vaqonunun alınmasının maliyyə məsələləri müzakirə olunub.

"Stadler Rail Group” baş direktoru Peter Şpuler çıxış edərək müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.

İkitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Qeyd edək ki, "Stadler Rail Group” şirkətinin "Stadler Minsk” zavodunda istehsal olunmuş iki ədəd KİSS markalı ikimərtəbəli elektrik qatarları may ayında Azərbaycana gətirilib. İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıya gətirilən yeni elektrik qatarı ilə tanış olub.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksəkkeyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Qeyd edək ki, ikimərtəbəli elektrik qatarları 15 sentyabr tarixində Bakı-Xırdalan-Sumqayıt sərnişin sahəsində istifadə ediləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az