Əli Həsənovun adından istifadə edən rəis-Qabil Quliyevin 5000 manatlıq...

Əli Həsənovun adından istifadə edən rəis-Qabil Quliyevin 5000 manatlıq...

Qaradağ rayonunun Muşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan Üzeyir Quliyev tərəfindən şikayət məktubu daxil olub. Vətəndaşın xahişini nəzərə alıb ünvanlanan məktubu olduğu kimi ixtiyarınıza veririk:

"Mən Quliyev Üzeyir Əbil oğlu Cəbrayıl rayonunun Mahmudlu kəndində dünyaya göz açmışam. Məlum məsələlərdən sonra ailəmlə birlik də Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün nəzərdə tutulmuş 11 saylı binada yaşayıram. Öz əziyyətimin hesabına ailəmə gündəlik çörək pulu qazanıram. Lakin Müşfiqabad qəsəbəsi Mənzil- Kommunal İstismar Sahəsinin rəisi Qabil Quliyev mənim savadsızlığımdan istifadə edərək düşünülmüş şəkildə məni aldadıb. Belə ki, mən ailəmə çörək pulu qazanmaq üçün yaşadığım şəhərcik də kənd təsərrüfat məhsüllarını satmaq qərarına gəldim. Təbii ki, bu məqsədi həyata keçirmək üçün dükan tikdirmək vacib işlərdən biridir. Nəzərinizə çatdırım ki, mənə 20 kv.metr tam sənətlərlə yer ayrılmışdı. Mənə ayrılmış sahədə dükan tikməkdən ötrü MKİS-nin rəisinə qabağcadan xəbərdarlıq etdim.

 Rəis də öz növbəsində "Allah xeyir versin, get tik” deməklə qarşılıqlı şəkildə razılaşdıq. 2 saat keçdikdən sonra Qabil müəllim məni yanına çağıraraq "20 kv. Metr səni qane edəcəkmi” sualını verdi. Və belə bir məsləhət etdi ki, 50 kv. Metr də tikintiyə əlavə edək. Sənətlər tam hazır olduğdan sonra sənə təqdim edəcəyəm. Bunun muqabilində məndən 5000 manat tələb etdi. Razılaşmaya əsasən mənə məxsüs 20 kv.metr torpaq sahəmin sənətlərini və tələb etdiyi 5000 manatı kabinetində Qabil Quliyevə verdim. İsrarla mənə bildirdi ki, "Sən get tikintiyə başla, 70 kv. Metr sahənin sənətlərini bu yaxınlarda sənə verərəm. Onun bu təklifindən sonra mən tikintiyə başladım.
 Təxminən 10 gün keçdikdən sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müdir müavini Qulu adlı şəxs mənim mobil telefonuma zəng edərək təcili tikintini dayandırmağı tələb etdi. Bundan sonra Qulu müəllim əraziyə gələrək tikintinin qanunsuz olduğunu bildirdi. MKİS-nin rəisi Qabil Quliyev və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin müdir müavini Qulu müəllim arasında dəhşətli mübahisə yarandı. Görünür, Qabil Quliyev vəzifə səlahiyyətlərindən istifadə edərək məndən aldığı 5000 manatı mənimsəyib. Dəfələrlə Qabil müəllimin kabinetinə gedərək ona verdiyim 5000 manatı tələb etmişəm.
 
 Hörmətli Miq.az saytının  rəhbərliyi! 

 Müşfiqabad qəsəbəsi Mənzil- Kommunal İstismar Sahəsinin rəisi Qabil Quliyev bir neçə dəfə məni hədələyərək həbs edəcəyini bildirib. Hətda onun dediyinə görə Baş nazirin müavini, Dövlətqaçqınkomun sədri Əli Həsənovun yaxın adamı olduğunu söyləyir. Məcburi köçkün olaraq bu gün sizlərdən kömək diləyirəm. Bəlkə də, Əli Həsənovun adından istifadə edən MKİS-nin rəisi Qabil Quliyev özünə çox arxayındır. İnana bilmərəm ki, çox hörmətli Əli Həsənov bu cür məmurlara havadarlıq etsin.

 Miq.az olaraq bildirmək istəyirik ki, məsələ ilə bağlı geniş araşdırmalar apardıq. Bir sözlə, Müşfiqabad qəsəbəsi Mənzil- Kommunal İstismar Sahəsinin rəisi Qabil Quliyev ərazini elə bir vəziyyətə salıb ki, bizi dəhşət bürüdü. Məcbüri köçkünlərə nəzərdə tutulmuş su Qabil müəllim tərəfindən imkanlı şəxslərə satılıb. Digər tərəfdən piyadalar üçün nəzərdə tutulmuş səki artıq zəbt edilib. Deyilənlərə görə, səkinin üzərində tikilən dükanlar Qabil Quliyev tərəfindən satılıb. Sadaladıqlarımız bununla bitmir. Dəhşətlisi budur ki, adi bir MKİS-nin rəisi Əli Həsənovun adından istifadə edərək vətəndaş Üzeyir Quliyevi aldatmaqla yanaşı ciddi qanun pozuntusuna yol verib. Araşdırmalarımız davam edir..

Məsələ ilə bağlı məqalədə adı hallanan şəxsləri dinləməyə hazırıq.

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az