Əli Həsənovdan ikinci MÜHARİBƏ XƏBƏRDARLIĞI -“1 ayın içərisində...” - VİDEO

Əli Həsənovdan ikinci MÜHARİBƏ XƏBƏRDARLIĞI -“1 ayın içərisində...” - VİDEO

Əli Həsənovdan sensasion açıqlama

"Təhlükəsizlik bizim dövlət siyasətinin mühüm hissəsini təşkil edir”. Bunu bu gün Amsterdamda Avropa Azərbaycanlıları Konqresinin (növbədənkənar) VI qurultayındakı çıxışı zamanı Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov deyib.


Miq.Az xəbər verir ki, PA rəsmisi Azərbaycanın hər il dövlət büdcəsindən üç-dörd milyard dolları bu məqsədlə ayırdığını bildirib: "Azərbaycan ordusu bölgənin texniki cəhətdən ən təmin olunmuş, döyüş qabliyyəti yüksək olan ordusu hesab edilir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan ordusu nəyə qadirdir. Əgər bu gün bizə mane olmasalar və yaxud biz ermənilərin Azərbaycan torpaqlarını azad etməyəcəyi qənaətinə gəlsək, qısa müddətdə - bir həftənin, bir ayın içində Azərbaycan torpaqlarını azad etmək gücündəyik . İnanın, buna bu gün ordumuzun həm milli iradəsi çatır, həm də ordudakı və Azərbaycan cəmiyyətindəki vətənpərvərlik hissi buna imkan verir. Həm də bütövlükdə texniki, hərbi hazırlığımız o səviyyədədir ki, 1 ayın içərisində Ermənistanın ərazisini götürə bilərik”.

Ə.Həsənov deyib ki, Azərbaycan millitarist siyasət yürütmür və yalnız öz torpaqlarını geri istəyir: "Biz qaçqın, köçkün vəziyyətinə gəlmiş 1 milyon qaçqınımızı öz doğma yurdlarına qaytarıb, o əraziləri yaşayış üçün bərpa etmək istəyirik. Gördünüz ki, Cocuq Mərcanlı qısa müddət ərzində necə bərpa oldu, yaşayış üçün müasir hala gətirildi”.
Xatırladaq ki, yaxın iki gün ərzində Prezident Aparatı ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənovun müharibə ilə bağlı ikinci açıqlamasıdır. Bundan qabaq da Turkiyə mətbuatına müsahibə verən Prezidentin köməkçısı təmas xəttində hər an toqquşma ola biləcəyi ilə bağlı açıqlama vermişdi...
[video=http:// ]
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az