Əli Mirəliyev bu dəfə də xalq artistinə İRAD BİLDİRDİ: " Elə geyin ki, büsqalter dözsün də sənə..."- FOTO

Əli Mirəliyev bu dəfə də xalq artistinə İRAD BİLDİRDİ:
Müğənni Əli Mirəliyev xalq artisti Aygün Kazımovaya irad bildirib. 

Miq.az-ın  məlumatına görə, big.az-a danışan ifaçı A. Kazımovanın geyimlərini tənqid edib və narazıçılığını belə əsaslandırıb:

"Xalq artistlərimiz lüt soyunurlar. Bu böyük biabırçılıqdır. Məsələn, Aygün Kazımova ... Veriliş vaxtı Aygünün büstqalteri açıldı, sinəsi qaldı çöldə. O zaman ATV-də veriliş aparırdı. Gedin baxın görün mən elə belə deyirəm yoxsa düzünü deyirəm... Sən Aygün elə geyin ki, dözsün də sənə, nəyə lazım dar geymək. Nəyi göstərmək istəyirsiniz ? Sənət göstərin kifayətdir".

"Bəs Aygün xanımın sənətini bəyənirsinizmi" sualına Ə. Mirəliyev cavab verdi:

"Aygünün sənəti xoşuma gəlir. Səsi gözəldir. Mən ondan danışmadım ki... Geyimini bəyənmirəm, cavanlar baxır axı ... Sabah onlar da Aygün kimi geyinəcəklər"


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az