Əliyev, Putin və Paşinyan yenə görüşəcək

Əliyev, Putin və Paşinyan yenə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan Rusiyada Vladimir Putinin iştirakı ilə üçtərəfli danışıqlar apara bilər.

Axar.az xəbər verir ki, "Vedomosti” diplomatik mənbələrə istinadla məlumat yayıb.

Mənbənin məlumatına görə, görüşlə bağlı işlər Putinin oktyabrın 14-də Astanada MDB sammitində Ermənistanla Azərbaycan arasında ərazi mübahisələrinin müzakirə olunduğu barışdırıcı çıxışından sonra başlayıb.

"Vedomosti”nin digər mənbəsinin məlumatına görə isə görüş oktyabrın sonuncu günündə keçiriləcək və görüş üçün əsas yerlər Moskva və ya Soçi hesab olunur.

"Çox güman ki, Soçinin üzərində dayanılacaq”, - məlumatda qeyd olunub.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az