Elmar Məmmədov ikinci vəzifəsindən də uzaqlaşdırıldı

Elmar Məmmədov ikinci vəzifəsindən də uzaqlaşdırıldı

Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasında dəyişiklik olub. Fonddan "APA-Economics”ə verilən məlumata görə, Elmar Məmmədov Şuranın üzvlüyündən kənarlaşdırılıb.
Onu müvəqqəti olaraq Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədrinin müavini Elmir Həbibullayev əvəz edəcək.
Xatırladaq ki, dekabrın 8-də "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Müşahidə Şurasının növbədənkənar toplantısı keçirilib. Şuranın qərarı ilə Elmar Məmmədov İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Şuranın digər qərarı ilə Xalid Əhədov İdarə Heyətinin üzvü seçilib. Eyni zamanda, İdarə Heyətinin sədri vəzifəsinin icrası da müvəqqəti olaraq ona həvalə olunub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az