Əməkdar artist Elza Seyidcahan Allaha yazdığı məktubu dənizə atmaq fikrindən daşınıb.
Bu barədə Lent.az-a ifaçının özü məlumat verib. O, bildirib ki, daha Allaha məktub yazmır: “Neçə il idi ki, Allaha məktub yazırdım. Allaha sonuncu məktubum 2007-ci ildə olub. O vaxtdan bəri yazmıram. Çünki yazacaqlarım bitdi. Allaha yazdığım məktubların sayı-hesabı yoxdur. İndi hər gün ruhum vasitəsilə Allahla mesajlaşıram. Ruhumla Allah arasında bir kontakt var. Onlar bir-birinə qaynaq olub. İçimdə nə olursa, bir baş ona (Allahı nəzərdə tutur) ötürülür. Məni hər şeydən xəbərdar edir. Birdən özümdə nə isə hiss edirəm, bədənimə vəsvəsə gəlir, tüklərim biz-biz olur”.
E.Seyidcahan iddia edib ki, Allah ona bu və ya digər yolla informasiya ötürür: “Bəzən yolda gedirəm və görürəm ki, zahirən eybəcər bir insan kənarda dayanıb. Öz-özümə deyirəm ki, “Nə olsun, bəlkə də onun içində bir aləm var?”. O dəqiqə içimdə bir titrətmə olur. Allah da cavab verir ki, “Hə, sən düz tutdun”. Bəzən nəyisə arzu edirəm, Allah mənə cavab verib deyir ki, “Hə, bax sən məni anladın”. Hərdən fikirləşirəm ki, Allaha yazdığım məktubları dənizə atım, amma sonra deyirəm ki, “yox atmayacam”. Bu da bir tarixdir. Sabah kimsə inanmaz, göstərərəm. Allaha yazdığım məktubları indi bir çox rejissorlar ssenarilər yazmağa başlayıblar. Artıq bununla bağlı böyük bir layihədə həyata keçiriləcək. Tam açıqlamaq istəmirəm”.
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto