Ermənistan Statistika Xidməti 2014-cü il üçün ölkədə əmək qabiliyyətli əhalinin sayını açıqlayıb. Vətəninfo.az-ın məlumatına görə, Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, 2014-cü il ərzində ölkədə yaşı 15-75 arasında olan əmək qabiliyyətli əhali 190 min 700 nəfər azalıb. Belə ki, 2014-cü ilin əvvəlində rəsmi statistika bu rəqəmin 2 milyon 326 min 200 nəfər olduğunu bildirirdisə, 2014-cü ilin yekunları ilə bağlı açıqlanan son rəqəmlər 15-75 yaş arasında bütün əmək qabiliyyətli əhalinin 2 milyon 135 min 500 nəfər qədər azaldığını göstərib. Bu isə 3 milyonluq Ermənistanın 1 il ərzində 190 min 700 nəfər aktiv vətəndaşını itirməsi anlamına gəlir.
Digər tərəfdən, 2014-cü ilin yanvarında Ermənistanda bütün sahələrdə 1 milyon 175 min 800 nəfərin işlədiyi statistikada öz əksini tapsa da, 2014-cü ilin yekunlarına görə məşğulluq göstəricici 1 milyon 111 min 700 nəfər təşkil edib. Beləliklə, 1 il ərzində ölkədə işsizlər ordusuna daha 64 min 100 nəfər əlavə olunub.
Ermənistandakı acınacaqlı sosial-iqtisadi durumla bağlı vəziyyət rəsmi statistikada belə gizlədilə bilmir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?