Əməkdar artist : Azərbaycanlı müğənnilərin çoxu "mamaroza"dır

Əməkdar artist : Azərbaycanlı müğənnilərin çoxu
Azərbaycanın əməkdar artisti Cavanşir Məmmədov həmkarları haqda sərt fikirlər səsləndirib.

Miq.az  xəbər verir ki, AZXEBER.COM-un məlumatına görə, müğənni qonaq olduğu verilişlərin birində bəzi həmkarlarının insan alveri ilə məşğul olduğunu deyib: "Bu gün onlarla məşhur müğənni, prodüser, təşkilatçı var ki, insan alveri ilə məşğuldur, ona-buna qız daşıyır. Şou-biznesdə olan "mamaroza" və "paparoza"lar heç bir sahədə yoxdur. İnsan alveri və əlaqədar qurumlar şou aləmində reyd keçirsə, bir gecədə onlarla şəxs həbs edilə bilər. Əminəm ki, bu olandan sonra müğənnilər sakitləşər".
Əməkdar artist həmçinin qeyd edib ki, həmin müğənniləri adbaad tanıyır və adlarını açıqlaya bilər. 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az