Ərdoğan bayram namazında huşunu itirib yıxıldı - VİDEO

Ərdoğan bayram namazında huşunu itirib yıxıldı - VİDEO

Prezidenti məsciddən xərəkdə çıxarıblar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Memar Sinan məscidində bayram namazını qılarkən huşunu itirərək özündən gedib.

İstiPress-in Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, məsciddə olan insanlar Ərdoğanın yerə yıxılmasına imkan verməyiblər.

Məsciddən xərəkdə çıxarılan prezidentə ilkin tibbi yardım göstərilib.

Daha sonra Ərdoğan jurnalistlərin qarşısına keçib və sağlamlığı ilə bağlı açıqlama verib. O bildirib ki, qəfildən təzyiq qalxdığına görə müvazinətini itirib.

"Şükür Allaha indi hər şey çox yaxşıdır”, - deyə Ərdoğan bildirib.
[video=http:// ]
Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az