Ərindən ayrılan ATV-nin tanınmış aparıcısı məmurla sevgili oldu

Ərindən ayrılan ATV-nin tanınmış aparıcısı məmurla sevgili oldu
Bir müddət əvvəl həm iş yeri olan ATV-dən, həm də həyat yoldaşı Vaqif Aydınoğludan ayrılan Samirə Mustafayevadan xəbər var.

Miq.az qafqazinfo-ya istinadən xəbər verir ki, teleaparıcı bu dəfə özünü biznes leydi kimi sınamaq istəyib. 
O, Bakıda böyük bir qadın klubu açıb. Fitness, spa və gözəllik salonu olan mərkəzin tezliklə açılışı olacaq. 
Hətta, şou-biznesin bir neçə üzvü həmin məkanın xidmətlərindən istifadə edib. 
Bu məqamda qeyd edək ki, Samirənin işi kimi şəxsi həyatında da dəyişiklik olub. Belə ki, Mustafayeva dövlət qurumlarından birində çalışan vəzifəli şəxslə sevgi münasibətindədir. 
Qeyd edək ki, aparıcı mətbuata açıqlamasında bundan sonra aparıcılıq etməyəcəyini, özünü başqa bir sahədə sınayacağını bildirmişdi. 
S.Mustafayeva və V.Aydınoğlunun Nuran adlı qız övladı var.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az