Erməni deputat: "Aİİ-yə üzv olmağımıza baxmayaraq, iqtisadi vəziyyətimiz pisləşib"

Erməni deputat:
"Avroasiya İqtisadi İttifaqına (Aİİ -"Report") daxil olmağımıza baxmayaraq, Ermənistanda iqtisadi vəziyyət pisləşib".

Vətəninfo.az-ın məlumatına görə, "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu hakim Respublikaçılar Partiyasından olan deputat, "Sovrano" şirkətinin sahibi Arman Saakyan bildirib.

"Ticarətlə məşğul olan bir çox şirkətlər də ölkədə iqtisadi vəziyyətin ağırlaşdığını təsdiqləyə bilər", - o, vurğulayıb.

"Ukraynadakı vəziyyət sizin şirkətin fəaliyyətinə necə təsir edib" - sualına cavabında deputat-sahibkar deyib: "Prinsipial olaraq təsir etməsə də, bütövlükdə vəziyyətin pisləşdiyini hamı bilir".

Qeyd edək ki, Arman Saakyan şirkətinin bütün mallarını Ukraynadan idxal edir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az