Erməni əsgərləri arasında ATIŞMA- 6 yaralı
6 erməni hərbçi yaralanıb
Bu il noyabrın 15-də Ermənistanın 6 hərbi qulluqçusu hələ ki, açıqlanmayan səbəbdən yaralanıb.
Miq.az xəbər verir ki, bu barədə Emənistanın "Joxovurd” (Xalq) gündəlik qəzeti məlumat yayıb.
Qəzet hadisənin hansı səbəbdən baş verdiyini yazmasa da, baş verən hadisənin əsgərlər arasında baş verən atışma anlamına gəlmək olar.
Halbuki hərbçilərdən ikisinin vəziyyəti ağırdır və onların sağ qalma ehtimalları demək olar ki, yoxdur.
"Joxovurd” qəzeti Ermənistanın müdafiə naziri Viqen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsinin hansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.
"Joxovurd” qəzeti daha sonra qeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. Yerevandakı Hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.
Ermənitan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan bir gözünü itirib.
Erməni hərbçilərinin hansı şəraitdə və niyə yaralanmaları barədə həqiqəti gizlədən Sarkisyan hakimiyyəti xalqın etirazından qorxurlar. Erməni əsgərləri arasında baş vermiş silahlı atışmanı bilərəkən ictimaiyyətdən gizlətmənin də səbəbi məhz budur.
Miq.az