Erməni əsgərlərin borc xəbərinə VTB-dən - Reaksiya

Erməni əsgərlərin borc xəbərinə VTB-dən - Reaksiya
Bank VTB (Ermənistan) QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.
 
Bu barədə APA-nın sorğusuna cavab olaraq VTB Qrupun Mətbuat Mərkəzindən bildirilib.
 
"Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır", - deyə məlumatda qeyd edilib.
 
Xatırladaq ki, Ermənistan və Rusiya mətbuatının yaydığı məlumata əsasən, Bank VTB (Ermənistan) QSC Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edib.
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az