Erməni əsirinə vətəndaşlıq verilməsi təklif edilir

Erməni əsirinə vətəndaşlıq verilməsi təklif edilir
"Azərbaycan hökuməti Qarabağ ermənilərinə müraciət etməlidir”.

Miq.az Cebhe.info-ya istinadən  xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında deyib.

"Doğrudur, bu müraciətin də perspektivli olması inandırıcı deyil. Amma biz öz borcumuzdan çıxmalıyıq. Biz Dağlıq Qarabağ ermənilərinə deməliyik ki, sizi Qarabağda girov saxlayan Ermənistan hakimiyyətidir”, -deyə deputat bildirib.

Zahid Orucun sözlərinə görə, Azərbaycan Xocalı qatilləri olan erməniləri bağışlamayacaq: "Əgər silahı yerə qoyub təslim olsanız, sizi Azərbaycan vətəndaşlığı gözləyir. Azərbaycan dövlətini, Konstitusiyasını, ərazi bütövlüyünü qəbul edən, silahı yerə qoyan erməniləri daha yaxşı perspektiv gözləyir. Amma Xocalı faciəsini və xalqımıza qarşı digər cinayətləri törətmiş ermənilər bağışlanılmayacaq”.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az