Erməni saytları: Aprel döyüşləri Ermənistanın müdafiə sisteminin yalnız sözdən ibarət olduğunu göstərdi

Erməni saytları: Aprel döyüşləri Ermənistanın müdafiə sisteminin yalnız sözdən ibarət olduğunu göstərdi

Azərbaycan ordusunun 2016-cı ilin aprelində keçirdiyi hərbi əməliyyatlar ermənilər üçün sürpriz oldu. Ermənistanda hər kəs bu ölkənin müdafiə sisteminin yalnız sözdən ibarət olduğunu gördü.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistanın "ArmenianReport” və "1in” xəbər saytlarında Aprel döyüşləri ilə bağlı yayılmış yazıda yer alıb.

Yazıda qeyd olunur ki, Aprel döyüşləri Ermənistan ordusu üçün ağır itki ilə nəticələndi. Hərbi əməliyyat ermənilərin dərin yuxuda olduğunu, ölkənin təhlükəsizlik və müdafiə strategiyasının olmadığını ortaya qoydu.

Müəllif, həmçinin qeyd edir ki, Aprel döyüşlərindən sonra ölkədə nələrinsə dəyişməsi gözlənilirdi. Lakin bu, belə olmadı. Yeni strategiyaların və konsepsiyaların hazırlanması zəruri olduğu halda bu, gözlənilən kimi olmadı.

Yazıda o da diqqətə çatdırılır ki, bu gün Ermənistan ordusunu hökumət yox, fərdlər idarə edir. Ölkədə xarici siyasət, hüquq, iqtisadiyyat, sosial sahələrdə köklü işlərin görülməsinə ehtiyac olduğu halda bu, edilmir. Nəticədə Ermənistanda demoqrafiq vəziyyət getdikcə pisləşir. Dördgünlük müharibənin acısını yaşayan Ermənistanın hələ də 25 illik yuxusuna davam etdiyini yazan müəllif bunun xalqın gələcəyini məhv etdiyini vurğulayır. Ermənistan iqtidarı bilməlidir ki, növbəti zərbə Aprel müharibəsindəkindən daha ağır ola bilər.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az