Ermənilərin sayı azalır
Son bir ayda Ermənistanda doğum sayı azalıb. Bu barədə ölkənin Milli Statstika Xidmətinin demoqrafik bölməsinin müdiri Karine Kuyumdjyan bildirib.
Vətəninfo.az ANS PRESS-ə istinadla xəbər verir ki, o, 2015-ci ilin 6 ayı ərzində hazırlanmış
hesabatı jurnalistlərə təqdim edib və deyib ki, respublikada təbii
artımın azalması qeydə alınıb. Doğum sayı çox düşüb. Bu ilin ilk
yarısında ölkədə 18719 uşaq doğulub. 2014-cü ilin eyni dövründə 19249
uşaq dünyaya gəlib. Bu isə 2,8% azalma deməkdir.
Ermənistan əhalisinin ümumi sayında da 2014-cü illə müqayisədə azalma
var. Bu miqrasiyanın doğurduğu mənfi saldonun nəticəsidir. Rəsmi
statistikaya görə, 2015-ci il iyulun 1-nə əhalinin sayı 3 milyon 5500
insan təşkil edir. Amma bu rəqəm 2014-cü ildə 3 milyon 9800 nəfər olub.
Nəticədə əhali 4300 nəfər azalıb.

Ermənistanda bir ildə əhali 4300 nəfər azalıb (mln)
Bu il yanvar-iyun ayları ərzində Ermənistan və
Rusiya arasında xarici ticarət dövriyəsinin həcmi 491,2 milyon dollar təşkil
edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,9% azalma deməkdir.
Ermənistanın Milli Statistika Xidmətinin məlumatına görə, Rusiya ilə
xarici ticarət dövriyyəsinin həcmi ölkənin ümumi xarici ticarət
dövriyəsinin 22,5%-ni təşkil edir. İrəvandan Rusiyaya yanvar-iyun ayları
ərzində ixrac təqribən 70,8 milyon dollar olub. 2014-cü ildə isə bu
rəqəm 133,8 milyon dollar təşkil edib. İdxal isə 15,1% düşərək 420,3
milyon dollara çatıb.

Rusiya ilə xarici ticarət dövriyyəsi (mlrd. ABŞ dolları)
Hesabat dövrü üçün Ermənistanın
MDB ölkələri ilə xarici ticarət dövriyəsi təqribən 582,8 milyon dollar (26,7%) olub ki, bu da 22,5% azalma deməkdir.
Avropa İttifaqı ölkələri ilə ticarət 582,2 milyon dollar təşkil edib (26,6%), bu, 24,5%
düşmə deməkdir. başqa ölkələrlə 1 020,9 milyon dollar (46,7%) və 16,9%
azalma deməkdir.
Bu ilin yanvar-iyun aylarında Ermənistanın xarici ticarət dövriyəsinin
həcmi 2 milyon 186 min dollar olub və 2014-cü ilin eyni dövrü ilə
müqayisədə 20,6% düşüb.
Hazırda Ermənistanın ümumi dövlət borcu 5,4% artaraq 4 680,2 milyon
dollar təşkil edir. Bir ay ərzində ölkənin ümumi dövlət borcu 1% artıb.
İlk yarımilliyin sonuna xarici borc 3 986,1 milyon dollar təşkil edib və
bir ayda 0,99% artıb.

Ermənistanın xarici ticarət dövriyəsi (mln.ABŞ dolları)
İndi Ermənistan hökumətinin xarici borcu təqribən 3.556,2 milyon dollara
çatıb və 1,24% böyüyüb. Ölkənin daxili borcu isə 694,1 milyon dollar
təşkil edir (1,6% artıb).
Rusiyadan
Azərbaycana pul köçürmələrinin həcmi də 37% azalıb. Bu ilin birinci rübündə pul
köçürmələri sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında
ötürmələrin həcmi 182 milyon dollar təşkil edib. Bu, keçən ilin analoji
dövrü ilə müqayisədə 37,4% azdır. Bu barədə Rusiya Mərkəzi Bankı xəbər
yayıb.

Rusiya Mərkəzi Bankı
Bildirilir ki, Rusiyadan bu ilin üç ayında Azərbaycana 126 milyon ABŞ
dolları köçürülüb. 2014-cü ilin eyni dövrü ilə müqayisədə bu 49,6% az
deməkdir. Hesabat dövründə Azərbaycandan Rusiyaya pul köçürmələri
həcminin artması müşahidə olunur. Belə ki, Azərbaycandan bu ilin
yanvar-martında Rusiyaya bütovlükdə 56 milyon ABŞ dollar köçürülüb. Bu,
ötən ilin analoji dövrü ilə müqayisədə 15 milyon dollar (36,6%) azdır.
Bir sözlə, Azərbaycandan keçən ilin ilk rübündə Rusiyaya 41 milyon ABŞ dolları köçürülüb.

Dollar