"Ermənilərlə məxfi əməkdaşlıq edən qrupun ifşasında "Mossad"ın rolu olmayıb" - RƏSMİ

"Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb".
 
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.
 
"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub", - deyə mətbuat xidmətindən bildirilib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az