"Report" xəbər verir ki, bunu Azərbaycan-İsrail münasibətlərinə dair "dəyirmi masa" zamanı israilli politoloq Yuri Boçarov deyib.
"Müharibə olmayan zaman (ermənilər) niyə atış açırlar, niyə təxribata əl atırlar? Bilirsiniz, bir çox terror təşkilatları kiminsə tərəfindən maliyyələşdirilir və onlar aldıqları pulun qarşılığını verməlidirlər. Bu baxımdan çox oxşar vəziyyətdəyik, biz öz vətəndaşlarımızı qoruyuruq və buna tam hüququmuz var", - o bildirib.
Politoloqun sözlərinə görə, Azərbaycan və İsrail strateji tərəfdaşdır və bu cür sıx əməkdaşlıq bəzi üçüncü ölkələri qıcıqlandırır.
Y.Boçarov Azərbaycanın tolerantlıq və multikulturalizm ənənələrini vurğulayıb.
İsrailin Homsdakı aviabazaya endirilən aviazərbələrlə əlaqəsinin olub-olmaması ilə bağlı sualı cavablandıran ekspert qeyd edib ki, İsrail Suriyada Bəşşər Əsəd rejimi ilə yox, İranın terror qruplaşmaları ilə mübarizə aparır.
"İsrail Suriyanın bütövlüyünə qarşı deyil, biz orada tamhüquqlu rəhbərliyin olmasını istəyirik. Suriya ilə 30 illik müharibə ərzində bizim sərhədimizdə heç bir təxribat olmayıb. Böyük ölçüdə, Suriya və Əsədə qarşı iddiamız yoxdur, biz İrana qarşıyıq. Bəli, bombardman olub, bəlkə də bizimkilər tərəfindəndir, amma sual yaranır: orada İranın pilotsuz uçan aparatlarının nə işi var idi və bombardmana 4 saat qalmış necə Rusiya aviabazanı tərk etdi?", - o diqqətə çatdırıb.

“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
Musa Quliyevdən "uşaqpulu" açıqlaması: "Müavinətin məbləği artırılaraq 100 manata çatdırılacaq"
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Bu gün Azərbaycanda Zəfər Günüdür
Namiq Hacıheydərlisiz təqvim...
Nazim Hikmətin salamını almayan Leventə cavabı
Emil Rasimoğlu: "Xammal olan istənilən mövzu isə cəmiyyətdir, kütlədir"
SU KİMİ ŞƏFFAF ÖMÜRLÜ İNSAN..
Cavid Fərzəli: "Xoşbəxtlik ağ gününə qar olmaqdır..."
Dustaqlara nə deyərdim?
Fəlakətin Əsiri
Ədəbiyyatımızda "GÜLLƏLƏNMİŞ" BAŞ redaktorlar
Yalnız Qürbətdə Vətənin əclaflığını və soydaşların əclafını da sevmək olur!
Utanan həbsxana və ya Aydın Canıyevin yandırılmış fotosu...
Çox qəmə binəsən, gözüm...”– Paşa Talıblı
Paşa Talıblıdan yeni şeirlər: "Cəllad can seyrinə çıxır..."
"Allahın altından yer istəmirəm..."— Paşa Talıblıdan yeni şeirlər
"Şükür, yenə bu nəfəsdə yoruldum..."- Paşa Talıblıdan YENİ ŞEİRLƏR
İlham Əliyev Monqolustan səfirini qəbul etdi
Ramiz Rövşən: SON GÖRÜŞ