Ermənistan baş nazirindən GÖZLƏNİLMƏZ QARABAĞ İFADƏLƏRİ: “Bir müddət sonra...”

Ermənistan baş nazirindən GÖZLƏNİLMƏZ QARABAĞ İFADƏLƏRİ: “Bir müddət sonra...”
"İstisna etmirəm ki, bir müddət sonra biz Azərbaycanla oturub oyun qaydaları barədə razılığa gələcəyik. Bu o demək deyil ki, dostlaşacağıq, lakin o deməkdir ki, qonşuluqda, eyni ərazidə birgə necə yaşayacağımız barədə razılığa gələcəyik”, - bunu Ermənistanın baş naziri Karen Karapetyan yaşlı bir seçicinin Türkiyə və Azərbaycanla sülh və mehriban qonşuluğu necə təsəvvür etməsi barədə sualına cavab olaraq deyib.
Miq.az  Virtualaz.org-a istinadən bildirir ki, Ermənistan baş nazirinin sölərinə görə, buna baxmayaraq, ölkənin indiki hakimiyyəti Qarabağ məsələsində erməni müxalifətinə nisbətən daha möhkəmdir.
"Vətəndaşlarımız bizi müxtəlif məsələlərdə tənqid edə bilərlər, lakin Qarabağ məsələsində biz daha möhkəmik, çünki Qarabağın öz taleyini müəyyənləşdirməsinə və təmas xəttinə öz şərəfimiz, heysiyyətimiz və identikliyimiz məsələsi kimi yanaşırıq”, - K.Karapetyan deyib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az